Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycan Zəngəzur mahalına neçə ilə qayıdacaq?

Azərbaycan Zəngəzur mahalına neçə ilə qayıdacaq?

Tarix: 9 Iyul 2021 12:36

"Azərbaycanın yeni iqtisadi zonalara bölünməsi planı çox uğurlu addımdır".

Bunu Sonxeber.net-a açıqlamasında siyasi analitik Turab Rzayev deyib.

O bildirib ki, ermənilər Qarabağın dağlıq hissəsindəki xülyalarından əl çəkməsələr, biz də Zəngəzur məsələsini aktivləşdirəcəyik:

"Burada iki nüans var: Birincisi odur ki, ilk dəfə Qarabağ vahid olaraq birləşdirilib, hətta Bərdə və Ağcabədi də daxil edilməklə Aran və yuxarı Qarabağ vahid coğrafi iqtisadi məkan halına salınıb. Azərbaycan höküməti açıq şəkildə bəyan edir ki, Dağlıq Qarabağda ayrıca vahidliyi, siyasi və iqtisadi vahidliyi heç vaxt qəbul etməyəcək və bundan sonra bu istiqamətdə qarşı tərəfin bütün planları məhvə məhkumdur. Və biz bu əraziləri vahid Qarabağ kimi görürük. Bununla da faktiki olaraq "Dağlıq Qarabağ" terminini ləğv edirik.  

Digər məsələ isə Zəngəzurla bağlıdır. Belə ki, Qarabağın qərb rayonlarının Şərqi Zəngəzur adlandırılması, orada bir sıra ərazilərin tarixi Zəngəzur mahalının şərq əraziləri olub. Bu, gələcəyə hesablanmış bir addımdır. Mən bunu hətta gələcək 30 ilə hesablanmış bir addım kimi qiymətləndirərdim. Bir coğrafi ərazinin Şərqi varsa, demək Qərbi də var. Həmin ərazinin Qərbi məhz indiki Ermənistan ərazisində olan bizim Zəngəzur dəhlizi adlandırdığımız, ermənilərin Sünik adlandırdıqları həmin o vilayətdir. Bu da əslində bizim Zəngəzur dəhlizinin Azərbaycanın əsas hissəsi ilə Naxçıvanı birləşdirmək planlarının vaz keçmədiyimizi göstərir. Ən azından Ermənistan üzərində siyasi təzyiq yaradır ki, əgər onlar Qarabağın dağlıq hissəsindəki xülyalarından əl çəkməsələr, o zaman biz də Zəngəzur məsələsini aktivləşdirəcəyik.

Daha bir nüans isə ondan ibarətdir ki, mən istərdim ki, bu bölgü sırf iqtisadi məsələlərlə qalmasın, artıq siyasi inzibati bölgü halını alsın. Çünki icra hakimiyyəti strukturlarının qeyri-effektiv, heç bir müsbət dəyişikliyə stimul verməyən qurumlar olduğu artıq bəllidir. Rayon inzibati idarə etmə forması, icra hakimiyyəti ləğv olunmalıdır. İndi bunlar fərqli şəkildə - "el" də adlandırıla bilər, "vilayət" də, "əyalət" də. Artıq düşünürəm ki, inzibati idarəetmədə də iqtisadi idarəetmə kimi islahat etməyin vaxtı gəlib çatıb". 

Təhməz Əsədov


Etiketlər:  Azərbaycan Zəngəzur mahalına neçə ilə qayıdacaq


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ