Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Sürücülər avtobusu niyə istədikləri yerdə saxlayırlar? - VİDEO

Sürücülər avtobusu niyə istədikləri yerdə saxlayırlar? - VİDEO

Tarix: 12 Iyul 2021 13:30

Bakıda Sabunçu rayonunda, "Sabunçu keçidi" kimi tanınan ərazidə avtobus sürücülərinin əksəriyyəti dayanacaqda deyil, düz keçidin yanında saxlayırlar. Bu səbəbdən xüsusilə səhər saatlarında həmin ərazidə tıxac yaranır. Səhərlər Bakıətrafı kənd və qəsəbələrdə işə tələsənlər həmin ünvanda uzun müddət tıxacda gözləməli olurlar. 

Sonxeber.net xezerxeber.az-a istinadən bildirir ki, dayanacaqda bir nəfər də olsun insan yoxdur.

Avtobuslar isə dayanacaqda deyil, düz keçidin altında saxlayırlar.

Bura Sabunçu rayonu, Zabrat yoludur. "Sabunçu keçidi" kimi tanınan ərazidə üzü şəhər istiqamətində avtobus sürücülərinin əksəriyyəti dayanacaqda deyil, keçidin yanında sərnişinləri düşürüb-mindirirlər. Bu isə xüsusilə səhər saatlarında həmin ərazidə sıxlığa səbəb olur.

Həmin yoldan istifadə edən digər sürücülər bildirirlər ki, sırf avtobus sürücüləri burada saxladıqları üçün bəzən onlar dəqiqələrlə vaxt itirməli olurlar

Daha sonra avtobus sürücülərinə mikrafon uzatdıq. Onlar isə dayanacaqda saxlamamalarını müxtəlif səbəblərlə izah etdilər

Məsələ ilə bağlı Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev bildirdi ki, həmin ərazidə dayanacağın yeri nəqliyyat axınına maneə olmaması üçün agentliyin mütəxəssislərinin rəyi əsasında müəyyən edilib. Həmçinin həmin yerdə sərnişinlərin dayanacaqda dayanmaları üçün dəfələrlə reydlər və maarifləndirici tədbirlər keçirilib. Mais Ağayev onu da bildirdi ki, daşıyıcı şirkətlərə bir daha həmin keçiddə avtobus saxlamamaları üçün sürücülərinə göstəriş vermələri tapşırılacaq.


Etiketlər:  Sürücülər avtobusu niyə istədikləri yerdə saxlayırlar VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ