Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Iyul 2021 18:45
"Bu hadisədən sonra onunla danışmamışam, üz-üzə gəlməmişəm. Məndən müsahibə aldılar, fikrimi bildirdim. Xatirə necə başa düşüb, ona necə təqdim olunub bu artıq ona qalsın. Aqressiv reaksiyasına görə danışdım. Dedi, sən olsan, necə edərdin? Dedim ki, mən sənin şəxsiyyətini əksildən, təhqir edən bir fikir söyləmədim. İndi o da elə cavab verdi".
Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, bu sözləri aparıcı Afaq Gəncəli bir müddət əvvəl müğənni Xatirə İslamla yaşadığı qalmaqaldan danışarkən deyib. MTV-də yayımlanan "Ziq Zaq" proqramına qonaq olan aparıcı hazırda sənətçi ilə danışmadıqlarını bildirib:
"Çox gözəl səsi var. Ona sənətkar kimi yanaşıram. Bir çox mahnılarını sevə-sevə dinləyirəm, təqdim edirəm. Vətənpərvər mahnısı çıxanda xahiş etdim ki, gəlsin, ifa etsin. Dedim, səni də görmək istəyirəm. Bu yanaşmadan sonra mən səni pisləyə bilərəm? Bu qədərmi içimdə ikili bir insan yatır? Onun aqressiv "sən filankəs ola bilmərsən" sözü deməsi... İnsandır da, dedi. Elə bir insanların adını çəkir ki, həmin adamlarla çox yaxşı münasibətdəyəm. O qədər gözəl ifası var ki... Kaş ki, gözəl ifası qədər, gözəl də danışığı olardı. Onu yenidən öz verilişimə çəkərəm. Proqramımda insanlıq göstərilmir, sənət, sənətçilik göstərilir. Verilişi insanlıqla ölçsəm, gərək onda çox insanı çəkməyim".
Qeyd edək ki, X.İslam efirə çıxmaq üçün telekanal rəhbərlərindən pul istəmişdi. Buna reaksiya verən aparıcı ilə müğənni arasında qalmaqal yaşanmışdı.