Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Avqust 2019 19:44
Yeni mövsümə hazırlığını davam etdirən “Səbail" bu gün yoxlama oyunu keçirib.
Qol.az-ın məlumatına görə, Aftandil Hacıyevin komandası Küveytin “Əl Salmiyə” klubu ilə qarşılaşıb. Bakı Olimpiya stadionunun köməkçi meydançasında keçirilən görüş 1:1 hesabı ilə başa çatıb.
Qeyd edək ki, “Səbail” avqustun 2-i də “Əl Salmiyə” ilə yoxlama oyunu keçirib 2:1 hesablı qələbə qazanıb.
9 avqust
Yoxlama oyunu
"Səbail" – "Əl Salmiyə" - 1:1
Qol: Fəhmin Muradbəyli, 30.