Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Avqust 2019 20:52
Bakı. Rufiz Hafizoğlu - Trend:
Türkiyə Milli Kosmik Agentliyi kosmik texnologiyalar sahəsində Azərbaycanla əməkdaşlıq etmək niyyətindədir.
Trend-in məlumatına görə, bunu Agentliyin rəhbəri Sərdar Hüseyn Yıldırım deyib.
O vurğulayıb ki, Azərbaycan kosmik texnologiyalar sahəsində təcrübəyə malikdir. Eyni zamanda, Türkiyə Milli Kosmik Agentliyi Qazaxıstan və Özbəkistanla da əməkdaşlıq etmək niyyətindədir.
Qeyd edək ki, bir neçə gün əvvəl Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan S.H.Yıldırımı Türkiyə Milli Kosmik Agentliyinin rəhbəri vəzifəsinə təyin edib.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin