Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Iyul 2021 11:30
Neftçalanın Xolqarabucaq kəndinin sakinləri uzun müddətdir ki, su baxımından korluq çəkir. Dəniz suyu Kürə qarışdığından fermerlər əkin sahələrini şor su ilə suvara bilmirlər. Bununla yanaşı sakinlər maşınla gətirilən içməli suyu da pulnan alırlar.
Sonxeber.net Xəzər TV-yə istinadən xəbər verir ki, Xəzər dənizinin suyu çaya qarışdığından kəndlilər əziyyət çəkir.
Dəniz suyunun Kürə qarışması rayonun Xolqarabucaq kəndində ciddi problemlərə səbəb olub. Sakinlər deyir ki, əkin sahələrini suvara bilmirlər. Kəndin ərazisində kürün şirin suyu şorlaşdığından sahələrə verilən şor su əkini məhv edir.
Sakinləri içməli suyu isə maşınlarla gətirirlər. Bu da onlar üçün əlavə xərcdir.
Neftçala rayon icra hakimiyyətindən bildirildi ki, çayda suyun səviyyəsi azaldığından dəniz suyu çaya qarışıb. Bu məsələ rayon rəhbərliyi tərəfindən aidiyyatı qurmlar qarşısında qaldırılıb. Neftçala Su kanalı sahəsinin rəisi Nizami Hüseynov isə xəzər xəbərə bildirdi ki, hər gün rayon üzrə 1000 kuba yaxın su daşınaraq ərazilərə paylanır.O cümlədən sözügedən Xolqarabucaq kənd sakinləri də tələbata uyğun içməli su ilə təmin edilir. Amma yay mövsümü olduğu üçün təbii ki, suya olan təlabat artır-deyə Nizami Hüseynov bildirib.