Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Xaçmazda çətənə kolu yetişdirən şəxs saxlanıldı - FOTO

Xaçmazda çətənə kolu yetişdirən şəxs saxlanıldı - FOTO

Tarix: 14 Iyul 2021 14:26

Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları "Xaşxaş-2021" şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində rayon ərazisində narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən rayonun Tel kənd sakini İslam Əlimulayev saxlanılıb.

Milli.Az xəbər verir ki, Xaçmaz RPŞ-nin Yalama Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış təsbirləri nəticəsində İslam Əlimulayevin yaşadığı Tel kəndi yaxınlığındakı meşə ərazisinə baxış keçirilən zaman onun qanunsuz olaraq əkib yetişdirdiyi 311 ədəd çətənə bitkisi aşkar olunaraq götürülüb.

Faktla bağlı istintaq aparılır.

Milli.Az


Etiketlər:  Xaçmazda çətənə kolu yetişdirən şəxs saxlanıldı FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ