Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Müğənni ilə aparıcının oğlunun ad günü - FOTOlar

Müğənni ilə aparıcının oğlunun ad günü - FOTOlar

Tarix: 15 Iyul 2021 18:35

Müğənni Elvin Abdullayev və aparıcı Afət Abdullayevanın oğlu Səidin ad günü olub.

Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, cütlük övladının özəl gününü şəhər restoranlarından birində qeyd edib. Ailə 2 yaşı tamam olan Sədin özəl gününə yaxınlarını dəvət ediblər.

Elvin ad gününə sənət dostlarını dəvət etməməsinin səbəbini də açıqlayıb. "Sənət dostlarımın öz, ailənin başqa yeri var. Sənətlə ailə məclisini birləşdirmək düz gəlmir. Özüm də sənət dostlarımın ailəvi məclisləri olanda qatılmıram. Çünki hər kəs sərbəst olmaq istəyir. Niyə mənə görə kimsə sıxılsın" deyə, müğənni əlavə edib.

Şəkillərin müəllifi fotoqraf Ramin Həsənovdur.

Qeyd edək ki, Elvin və Afət cütlüyünün Tuncay adlı daha bir oğlu var.


Etiketlər:  Müğənni ilə aparıcının oğlunun günü FOTOlar


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ