Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Qualcomm şirkəti öz ilk smartfonunu təqdim edib

Qualcomm şirkəti öz ilk smartfonunu təqdim edib

Tarix: 15 Iyul 2021 23:40

Qualcomm şirkəti ASUS-un dəstəyi ilə birlikdə hazırladığı ilk smartfonunu təqdim edib. Smartfonda Qualcomm-un ən aparıcı texnologiyalarından istifadə olunub və onun əsas kütləsi Snapdragon insayderləridir. Qualcomm-un sözlərinə əsasən bütün dünyada 1.6 milyon nəfər Snapdragon insayderi mövcuddur. Söhbət, online forumlarda aktiv iştirak edən və Qualcomm-un yeni məhsulları barəsində ilk məlumatları əldə edən insanlardan gedir. Məhz həmin insanlar üçün Qualcomm şirkəti Smartphone for Snapdragon Insiders adlı smartfonunu yaradıb. Sözügedən smartfonun istehsalı ilə ASUS məşğul olur. Onun dizaynı və elementlərinin yerləşdikləri yerləri nəzərə alaraq güman etmək olar ki, yeni smartfon ASUS ROG Phone 5 əsasında hazırlanıb.

Milli.Az ted.az-a istinadən bildirir ki, smartfon 144 Hz-lik təsvir yenilənməsinə sahib 2448x1080 piksel keyfiyyətli 6.78 düym ekrana sahibdir. Bununla yanaşı ekran həmçinin Gorilla Glass Victus qoruyucu şüşəsi ilə əhatə olunub. Barmaq izi skanı texnologiyası smartfonun arxa panelində yerləşir. Bu məsələdə Qualcomm özünün ultrasəs texnologiyası əsasında çalışan 2-ci nəsil barmaq izi skanından istifadə edib. Bununla yanaşı smartfon Snapdragon 888 prosessoru, 16 GB RAM, 512 GB daxili yaddaş həcmi, 64 MP (f/1.8 diafraqma) + 12 MP (ultragenişbucaqlı obyektiv) + 8 MP (3 qat optik zoom-lu teleobyektiv) üçlü arxa kamera, 24 MP-lik ön kamera və 65 vatt gücündə sürətli şarj texnologiyalı 4000 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Smartfonun kameraları vasitəsilə çəkiliş zamanı Qualcomm AI texnologiyasından istifadə olunur.

Milli.Az


Etiketlər:  Qualcomm şirkəti öz ilk smartfonunu təqdim edib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ