Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Karantin qaydalarını pozan daha 4 restoran sahibi cərimələndi

Karantin qaydalarını pozan daha 4 restoran sahibi cərimələndi

Tarix: 16 Iyul 2021 10:56

Sumqayıtda karantin qaydalarını pozan restoran sahibləri cərimələnib.

Milli.Az APA-ya istinadən bildirir ki, Sumqayıt şəhər Polis İdarəsi əməkdaşlarının karantin rejimi qaydalarının təmin edilməsi məqsədilə keçirdiyi nəzarət tədbirləri zamanı Sumqayıtda "Sahil", "Xəlifə", "Aylı gecə" və "Love Palace" restoranlarında qanunvericiliyini tələblərinin pozulduğu məlum olub. Belə ki, şənlik məclislərində obyekt sahibləri tərəfindən "icazə.e-gov.az" portalında rəsmi qeydiyyatdan keçiriləndən artıq iştirakçının qatıldığı müəyyən edilib.

Aşkarlanan pozuntularla bağlı restoran sahiblərinin hər biri İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsinə əsasən karantin qaydalarının pozduqlarına görə 4000 manat cərimələnib.

Milli.Az


Etiketlər:  Karantin qaydalarını pozan daha 4 restoran sahibi cərimələndi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ