Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bakıda 62 yaşlı ahıl qadını avtomobil vurdu, vəziyyəti ağırdır

Bakıda 62 yaşlı ahıl qadını avtomobil vurdu, vəziyyəti ağırdır

Tarix: 17 Iyul 2021 09:00

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Sonxeber.net "Report"a istinadən bildirir ki, hadisə Sabunçu rayonunda qeydə alınıb.

Zabrat qəsəbəsində avtomobil yolu keçən 1959-cu il təvəllüdlü Həsənova Sofiya Nadir qızını vurub.

Yaralı təcili yardımın köməkliyi ilə 3 saylı şəhər klinik xəstəxanasına çatdırılıb.

Müayinə zamanı ona açıq kəllə-beyin travması və bədənin müştərək travması diaqnozları qoyulub.

Onun vəziyyəti ağır olduğundan reanimasiya şöbəsinə yerləşdirilib.

Hadisənin təfərrüatı araşdırılır.


Etiketlər:  Bakıda yaşlı ahıl qadını avtomobil vurdu vəziyyəti ağırdır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ