Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Iyul 2021 09:54
Şəkinin Kiçik Dəhnə kəndində yaşayan azyaşlı qızın Bakıda yaşayan ailəyə ərə verilməsiylə bağlı məlumat vermişdik. Hazırda aidiyyatı qurumlar tərəfindən qız atası evinə qaytarılıb, yaxın vaxtlarda bu halın təkrarlanmaması üçün ailə nəzarətə götürülüb. "XəzərXəbər" qızın ailəsi ilə görüşüb.
Sonxeber.net xezerxeber.az-a istinadən bildirir ki, bir neçə gün əvvəl 16 yaşlı Şəki rayonun Kiçik Dəhnə kəndində yaşayan qızın Bakının Maştağa qəsəbəsində yaşayan ailəyə ərə verilməsiylə bağlı görüntülər yayılmış və fakt təsdiqini tapmışdı.
30 yaşlı kişi ilə evləndirilən qız həmin şəxsdən alınaraq ailəsinə təhvil verilib...Qızın anası Xuraman Həbilayeva deyir ki,bu əslində toy yox sadəcə nişan olub..Oğlan evi ilə aralarında anlaşıblar.Oğlanın valideynləri qızı indidən aparıblar ki, toyu sonradan eləsinlər...
Qız orta məktəbin 9 -cu sinifini bitirib.Müəllimlər deyir ki,valideynlərin razılığı əsasında uşaq orta təhsilini davam etdirə bilər..
Yaşanan hadisənin bu səviyyəyə çatmasını ağlına belə gətirmən ana Xuraman Həbilayeva onu 2 ildən sonra ərə verəcəyini bildirir.
Yeniyetməyə qarşı hər hansı təyziqlərin olub olmaması üçün müvafik ekspertizalar təyin olunub.Polis əməkdaşları da məsələni ətraflı araşdırır.
Daxili İşlər Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və yerli icra hakimiyyəti orqanının nümayəndələri hər 2 tərəfdən izahatlar alıb. Onlara psixoloji, sosial və hüquqi dəstək göstərilib.Azyaşlı 18 yaşı olanadək nəzarətdə saxlanılacaq.