Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycanın uğur hekayəsi

Azərbaycanın uğur hekayəsi

Tarix: 17 Iyul 2021 11:36

Faktlar özü-özünə danışır. 10 il əvvəl qoşulduğumuz Qoşulmama Hərəkatına 5 il sonra sədirliyimiz haqqında yekdil qərar qəbul edilir. Azərbaycan bu müddətdə həm qurumun daxilindəki münasibətləri genişləndirməyi bacardı, keyfiyyətcə tamam fərqli mərhələyə qaldırdı, eyni zamanda Hərəkatın özünün nüfuzunun beynəlxalq cəmiyyətdə artırılması üçün işlər gördü və görməkdə davam edir. Sədirliyə başladığımız müddətdən 2 ilə yaxın bir vaxt keçir və deyilənlərin əməli təsdiqinin şahidi oluruq. Azərbaycanın sədrliyi dövründə Qoşulmama Hərəkatında ciddi dəyişikliklər nəzərə çarpdı. 

Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyinin ilk 21 ayı ərzində görülən işləri xarakterizə etsək, bunu bir uğur hekayəsi adlandıra bilərik. Baxmayaraq ki, Azərbaycanın sədrliyi başlayandan etibarən böyük qlobal çağırışlarla qarşı-qarşıya qaldıq. Xüsusilə də COVİD-19 pandemiyasını qeyd etmək istərdik. Amma Azərbaycanın sədrliyinin uğuru və Azərbaycan sədrliyinin özəlliyi ondan ibarətdir ki, rəsmi Bakı bu çağırışları imkanlara, fürsətlərə çevirə bildi. Çünki həmin dövr ərzində Azərbaycanın sədrliyi yeni təşəbbüslərlə təşkilatın, Hərəkatın üzv ölkələrini bir araya gətirə biləcək. Həm Hərəkatın öz daxilində həmrəyliyi gücləndirə biləcək, həm də Hərəkatla dünyanın digər təchizatları, təşkilatları arasındakı bu əlaqələri daha da inkişaf etdirəcək.

Azərbaycan yenidən 120-dən çox ölkənin dəstəyini qazandı - Daha 1 il...

Qlobal təhdidlərlə mübarizə istiqamətində COVİD-19 pandemiyası ilə mübarizə çərçivəsində irəli sürülən təşəbbüslər və nəticələr göz önündədir. 3 gün bundan öncə keçirilmiş xarci işlər nazirlərinin aralıq konfransı nəticəsində qəbul olunmuş siyasi bəyannamədə də açıq şəkildə bütün üzv ölkələr həmrəylik nümayiş etdirərək Azərbaycanın təşəbbüsü ilə irəli sürülmüş və reallaşan layihələrin uğurla həyata keçirilməsinə görə xüsusi təşəkkür ifadə etdilər. 

Azərbaycan bu qlobal çağırışla mübarizədə Qoşulmama Hərəkatı platformasından çox effektiv şəkildə istifadə etməyi bacarır. Bunun nəticəsidir ki, məhz Qoşulmama Hərəkatına Azərbaycanın 1 il artıq sədrliyi (3 illik sədrliyi 2022-ci ildə bitməli olan Azərbaycan, Hərəkatın növbəti sədri olacaq Uqandanın sədrliyi 1 il gec təhvil ala biləcəyini ifadə etməsindən sonra QH üzv dövlətlərinin Hərəkata əlavə 1 il sədrlik edəcək - red) ilə bağlı müraciəti müsbət cavablandırılıb.

QH platformasından Azərbaycanın çox effektiv şəkildə istifadəsinin təsdiqini biz 44 günlük Vətən müharibəsi zamanı xüsusilə gördük. Belə ki, II Qarabağ müharibəsinin başladığı ilk günlərdən BMT Təhlükəsizlik Şurasında Azərbaycana qarşı qərəzli münasibət var idi. Bu məqamda Qoşulmama Hərəkatının üzvləri Azərbaycanın haqlı və ədalətli mövqeyinə dəstək nümayiş etdirdilər və bu dövlətlər rəsmi Bakının ədalətli mövqeyini dəstəkləyərək, ölkəmizin ərazi bütövlüyü mövqeyindən çıxış etdilər ki, bu da məqsədimizə çatmaq üçün qarşımızdakı maneələri aradan qaldırdı. Bununla da qurum Azərbaycanın suverenliyinə açıq dəstək nümayiş etdirdi. 

Azərbaycanın müraciəti qəbul olundu

Heç şübhəsiz ki, Qoşulmama Hərəkatı daxilində qazandığımız nüfuz Azərbaycan Prezidentinə olan böyük inamın nəticəsidir. Eyni zamanda bu etimad Azərbaycan Prezidentinin qlobal liderlik səylərinə verilən yüksək qiymət, QH-yə sədrliyi dövründə Hərəkatın beynəlxalq nüfuzunun, təsirinin gücləndirilməsi, Hərəkat üzvlərinin marağının, beynəlxalq hüququn və ədalətin müdafiəsi üçün Azərbaycanın göstərdiyi səylərin yüksək qiymətləndirilməsinin, pandemiyanın törətdiyi fəsadlara baxmayaraq, Azərbaycan vəziyyətə çevik və adekvat reaksiya verərək sədrliyini müvəffəqiyyətlə həyata keçirməsinin nəticəsidir. Bu gün Azərbaycan üçün bu etimad olduqca mühüm əhəmiyyətə malikdir.

Müharibə bitsə də, Azərbaycanın reallaşdırması gərəkən bəzi məsələlər hələ də həllini tapmayıb. Dünyanın 120 dövlətinin üzv olduğu, digər 17 ölkənin və 10 beynəlxalq təşkilatın müşahidəçi statusunda çıxış etdiyi belə bir platformada söz sahibinə çevrilən və təşəbbüsləri yüksək dərəcədə müsbət qarşılanan Azərbaycana postkonflikt dövründə regiondakı düzəni səhmana salmaq məqsədi ilə daha 1 il belə bir imkanı əldə etməsi, rəsmi Bakının planını sona çatdırması, məqsədinə çatması və eyni zamanda əlini daha da gücləndirməsi baxımından çox önəmli idi.

Təhməz Əsədov


Etiketlər:  Azərbaycanın uğur hekayəsi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ