Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Ceff Bezosun kosmik səfərinə 18 yaşlı gənc də qoşulacaq - FOTO

Ceff Bezosun kosmik səfərinə 18 yaşlı gənc də qoşulacaq  - FOTO

Tarix: 17 Iyul 2021 11:56

18 yaşlı amerikalı Oliver Demen iyulun 20-də amerikalı milyarder Ceff Bezosa qoşularaq kosmosa uçacaq. O, 28 milyon dollarlıq uçuş qazanan anonim açıq hərrac iştirakçısını əvəz edəcək. Bununla da kosmosa uçan ən gənc insan kimi tarixə düşəcək.

Milli.Az avtosfer.az-a istinadən bildirir ki, bu barədə Bezosun kosmik şirkəti "Blue Origin" xəbər yayıb.

Bildirilir ki, auksionun qalibi bir növ "daxili qarşıdurma" səbəbindən tapşırığı yerinə yetirə bilməyib. Şirkət uğursuz uçuş üçün pulu necə qaytaracaqlarını açıqlamayıb.

Yeniyetmə Bezosun ortaqlarından biri olan "Somerset Capital Partners" şirkətinin baş direktoru Cos Demenin oğludur.

Demen ikinci uçuş üçün yer qazanmışdı, lakin müsabiqənin qalibi iştirakdan imtina etdiyi üçün ilk o, uçacaq.

Gəncin kosmik səyahət biletinin neçəyə başa gəldiyi açıqlanmayıb.

Milli.Az


Etiketlər:  Ceff Bezosun kosmik səfərinə 18 yaşlı gənc qoşulacaq FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ