Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Google şirkətinin Whitechapel adlı fərdi mobil prosessoru hazırlanır

Google şirkətinin Whitechapel adlı fərdi mobil prosessoru hazırlanır

Tarix: 17 Iyul 2021 21:12

Google şirkətinin fərdi mobil prosessoru barəsində yeni məlumatlar verilib. Qeyd etmək lazımdır ki, şirkətin fərdi prosessorunun Google Pixel 6 smartfon modelinə quraşdırılacağı güman edilir. Daha öncədən ortaya çıxmış məlumatda qeyd edilmişdi ki, Google fərdi prosessorunu Samsung ilə birlikdə hazırlayır və o, Whitechapel kod adına sahibdir. Verilmiş yeni məlumata əsasən sözügedən mobil prosessor 5 nanometrlik texnoloji proses əsasında hazırlanır və o, 8 nüvə əldə edəcək: 2 ədəd Cortex-A78 nüvəsi, 2 ədəd Cortex-A76 nüvəsi və 4 ədəd Cortex-A55 nüvəsi. Yeni prosessorda qrafik özəlliklərdən ARM Mali-G78 qrafik çipi cavabdeh olacaq.

Bununla yanaşı Google şirkətinin fərdi prosessoru süni zəka əməliyyatlarının yerinə yetirilməsi üçün ayrıca modul ilə də təchiz olunacaq. Google ilk fərdi prosessorunda əsas diqqəti məhz süni zəka özəlliklərinə ayıracaq. Performansa gəldikdə isə yeni mobil prosessor Snapdragon 888 və Snapdragon 888 Plus modellərindən daha zəif olacaq. Gözləntilərə əsasən yeni prosessorun performans göstəriciləri Snapdragon 865 və Snapdragon 870 modellərinin performans göstəriciləri ilə eyni olacaq. Bununla yanaşı fərdi prosessor sayəsində Google öz smartfonlarının dəstək müddətlərini 5 ilə kimi uzada bilər. Məlumatlara əsasən Whitechapel kod adına sahib prosessor bu ilin payız fəslində Google Pixel 6 və Pixel 6 Pro smartfon modelləri ilə birlikdə təqdim olunacaq.


Etiketlər:  Google şirkətinin Whitechapel adlı fərdi mobil prosessoru hazırlanır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ