Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Məşhur karantin tədbirlərini ələ saldığına görə deportasiya ediləcək

Məşhur karantin tədbirlərini ələ saldığına görə deportasiya ediləcək

Tarix: 20 Iyul 2021 11:42

Britaniyalı teleulduz və siyasi şərhçi Keti Hopkinsi Avstraliyadan deportasiya edəcəklər.

Sonxeber.net oxu.az-a istinadən bildirir ki, bu barədə Avstraliyanın daxili işlər naziri Karen Endryus bildirib.

Teleulduzun deportasiya olunmasına səbəb onun ölkədəki COVID-19-la əlaqəli karantin tədbirlərini ələ salması olub.

Belə ki, Avstraliyaya televiziya serialının çəkilişləri üçün gəlmiş Hopkins "Instagram"da video yerləşdirib.

Videoda karantin zamanı hoteldə ona yemək gətirən işçini maskasız və çılpaq şəkildə qorxudacağını deyib. Sonra isə o videonu sosial şəbəkə hesabından silib.

Eyni zamanda, 30 min avstarliyalının məhdudiyyətlərlə əlaqəli vətənə qayıda bilmədiyi halda, Hopkinsin ölkəyə buraxılması əhali arasında narazılıqlara səbəb olub.


Etiketlər:  Məşhur karantin tədbirlərini ələ saldığına görə deportasiya ediləcək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ