Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Iyul 2021 12:06
Müğənni Ketti Praysının keçmiş həyat yoldaşı Kiyeran Hayler mətbuata verdiyi sonuncu açıqlamada övladarının anasını həddindən artıq estetik əməliyyat etdirdiyinə görə qınayıb.
Sonxeber.net axşam.az-a istinadən bildirir ki, Kiyeran təkcə öz uşaqlarının deyil, Kettinin digər övladlarının da hər estetik əməliyyatdan sonra psixoloji zərbə aldığını açıqlayıb. O, Kettinin əməliyyatlardan sonra qorxunc göründüyünü vurğulayıb:
"Estetik əməliyyatlardan sonra analarının ağrılar içində sağalmasına şahid olmaq uşaqlar üçün çox çətindir. Bəzən uşaqlar haqqında da düşünmək lazımdır".
Qeyd edək ki, ilk əməliyyatını 17 yaşında etdirən Ketti Praysın bu günə qədər bədənində 20-dən çox estetik düzəliş aparılıb. Müğənninin Kiyerandan 2, ümumilikdə isə 5 övladı var.