Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Uşaq Reabilitasiya Mərkəzində son nəsil reabilitasiya trenajoru istifadəyə verilib - FOTO

Uşaq Reabilitasiya Mərkəzində son nəsil reabilitasiya trenajoru istifadəyə verilib - FOTO

Tarix: 23 Iyul 2021 17:26

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 1 saylı Uşaq Reabilitasiya Mərkəzində sağlamlıq imkanları məhdud uşaqların daha effektiv bərpa müalicəsi üçün son nəsil reabilitasiya trenajoru - robotlaşdırılmış lokomat kompleksi istifadəyə verilib.

Nazirlikdən Milli.Az-a verilən məlumata görə, Lokomat yeriş funksiyaları pozulmuş şəxslərdə aşağı ətrafların fizioloji hərəkətlərini yerinə yetirən, pasiyentlərin çevikliyini artıran, sinir sistemi travmaları və patologiyası olan pasiyentlərdə hərəki vərdişlərin, yeriş funksiyasının bərpasına imkan yaradan robotlaşdırılmış ortezdir.

Sağlamlıq imkanları məhdud uşaqlar lokomat kompleksində xüsusi qurğular vasitəsilə qaçış zolağının üzərinə yerləşdirilir, xüsusi bağlar vasitəsi ilə qaçış zolağının üzərinə fiksə olunan xəstənin ayaqları ortezlərə (robotun ayaqlarına) bərkidilir. Ortezlər və qaçış zolağı hərəkətə gəldiyi zaman uşaqda yerimə hərəkəti yaradılır.

Bu trenajorun əsas üstünlüyü aşağı ətraflardan baş-beyinə qədər impulsların hərəkətə gətirilməsinə, yerişin formalaşmasına, qan dövranının yaxşılaşdırılmasına, orqanizmin ümumi tonusunun artırılmasına dəstək verməsidir. Həmçinin trenajorla yerimə hissinin pasiyentlərdə yüksək motivasiya yaratmasıdır.

Milli.Az


Etiketlər:  Uşaq Reabilitasiya Mərkəzində son nəsil reabilitasiya trenajoru istifadəyə verilib FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ