Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Qaraçılara qurban olasan''

''Qaraçılara qurban olasan''

Tarix: 25 Iyul 2021 18:42

"Gelinim olur musun?" proqramıyla məşhurlaşan Sinem Umaşının "Tarık Mengüç kimi oldum, qaraçı kimi oldum" ifadələrinə müğənni Tarık Mengüç münasibət bildirib.

Milli.Az axşam.az-a istinadən bildirir ki, müğənni Sinemi qaraçıları aşağı gördüyünə görə qınayıb:

"İndiyə qədər heç kimlə polemika yaşamadım. Heç kim mənim davranışıma, sənətimə və qaraçı olmağıma söz deyə bilməz. Bu irqi ayrı seçkilikdir. Unutmayın ki, romanlar və qaraçılar musiqiyə istiqamət verən insanlardır. 

Sən saça yox, ürəyə bax Sinem. Bir mahnı bəstələdim, "Deliler" deyə, dinlə. Amma sən ona da bir məna taparsan. Albom çıxarsan, sənə bir mahnı verərəm, qaraçılara qurban olasan deyə".

Qeyd edək ki, Sinem sözügedən proqramda qalmaqalları ilə məşhurlaşan gəlin kimi tanınmışdı.

Milli.Az


Etiketlər:  Qaraçılara qurban olasan


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ