Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Masazırda silahlı insidentdə 3 nəfər çoxsaylı qırma yarası alıb

Masazırda silahlı insidentdə 3 nəfər çoxsaylı qırma yarası alıb

Tarix: 28 Aprel 2019 12:36

Bakı. Samir Əli - Trend:

Abşeron rayonunun Masazır qəsəbəsində gecə saatlarında silahlı insident baş verib.

Trend-in məlumatına görə, odlu silahdan açılan atəş nəticəsində üç nəfər çoxsaylı qırma yarası alıb.

Hadisə nəticəsində 1994-cü il təvəllüdlü Kamran Qasımov, 1990-cı il təvəllüdlü Məmməd Talıbov və 1980-ci il təvəllüdlü Zaur Gəncəliyev çoxsaylı qırma yarası alıblar. Xəsarət alanlar 1 saylı Şəhər Kliniki Xəstəxanasına yerləşdiriliblər.

İlkin məlumata görə, atəş açan şəxs yaşayış komplekslərindən birinin komendantıdır. Hadisənin ilkin səbəbi olaraq mübahisə göstərilir.

Faktla bağlı təhqiqat aparılır.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Masazırda silahlı insidentdə nəfər çoxsaylı qırma yarası alıb


RƏYLƏR