Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Iyul 2021 15:28
Tokio-2020 Yay Olimpiya Oyunlarının dördüncü günündə Azərbaycan taekvondo yığması mübarizəyə qoşulub.
Sonxeber.net apasport.az-a istinadən xəbər verir ki, yarışdakı hər iki təmsilçimiz bu gün dayanq üzərinə çıxıb.
Millimizin açılış mərasimindəki bayraqdarlarından biri olan Fəridə Əzizova ilk qarşılaşmada uğursuzluqla üzləşib. Titullu idmançımız Milad Beiqi Harçeqani də mübarizəni medalsız başa vurub.
Taekvondo
26 iyul
Kişilər
80 kq
Milad ilk döyüşündə Çin Taypeyindən olan Vey-Tinq Liu ilə qarşılaşıb. 15:11 hesabı ilə qalib gələn taekvondoçumuz 1/8 final səddini adlayıb. O, 1/4 finalda Özbəkistan idmançısı Nikita Rafaloviçlə üz-üzə gəlib. Görüş ikiqat dünya çempionumuz üçün uğursuz alınıb. Harçeqani üçüncü dəfə qarşılaşdığı Rafaeloviçə ikinci dəfə uduzub. Rəqib 12:1 hesabı ilə qalib gəlib. Rafaloviç finala yüksələ bilmədiyi üçün Milad bürünc şansını da əldən verib.
Qadınlar
67 kq
Fəridə 1/8 finalda yarışa başlayıb. O, ABŞ təmsilçisi Peyc Makfersonla görüşüb. İdmançımız 5:8 hesabı ilə uduzub. Makferson finala qədər irəliləyə bilmədiyi üçün Əzizova bürünc medal qazanmaq şansını da itirib.
Qeyd edək ki, Azərbaycan yığması taekvondo yarışlarında iki idmançı ilə təmsil olunurdu.