Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Masazırda yaralananların vəziyyəti barədə Səhiyyə Nazirliyindən açıqlama

Masazırda yaralananların vəziyyəti barədə Səhiyyə Nazirliyindən açıqlama

Tarix: 28 Aprel 2019 12:56

Bakı. Trend:

Masazırda baş verən güllələnmədə xəsarət alan 3 nəfər Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Bu barədə Trend-ə açıqlamasında Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Pərviz Əbubəkirov məlumat verib.

Onun sözlərinə görə, xəstəxanaya yerləşdirilən şəxslər yüngül xəsarət alıb, həyatı təhlükələri yoxdur.

Qeyd edək ki, Abşeron rayonunun Masazır qəsəbəsində gecə saatlarında silahlı insident baş verib.

Hadisə nəticəsində 1994-cü il təvəllüdlü Kamran Qasımov, 1990-cı il təvəllüdlü Məmməd Talıbov və 1980-ci il təvəllüdlü Zaur Gəncəliyev çoxsaylı qırma yarası alıblar.

İlkin məlumata görə, atəş açan şəxs yaşayış komplekslərindən birinin komendantıdır. Hadisənin ilkin səbəbi olaraq mübahisə göstərilir.

Faktla bağlı təhqiqat aparılır.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Masazırda yaralananların vəziyyəti barədə Səhiyyə Nazirliyindən açıqlama


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ