Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Iyul 2021 14:52
Qaziantepdə (Türkiyə) bir uşaq anası əri ilə mübahisə etdikdən sonra silahla başına atəş açaraq intihar edib.
Sonxeber.net haberler.com-a istinadən xəbər verir ki, ölüm xəbərini aldıqdan sonra hadisə yerinə gələn qadının ailəsi kişiyə hücum etmək istərkən polislər güclə onu xilas ediblər.
Məlumata görə, 23 yaşlı Damla A. evdə bir ildir ailə qurduğu həyat yoldaşı Mehmet A. ilə mübahisə edib. Əri ilə mübahisə etdikdən sonra özünü öldürüb. Silah səsinə otağa girən Mehmet A. həyat yoldaşının yerdə qan içində olduğunu görüb. Faktla bağlı ər polis idarəsinə aparılıb.
Kamran Seyidov