Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

30 yaşdan sonra insultdan qorunmaq üçün nə etməli - 7 MƏSLƏHƏT

30 yaşdan sonra insultdan qorunmaq üçün nə etməli - 7 MƏSLƏHƏT

Tarix: 29 Iyul 2021 20:57

İnsult beyin qan dövranı pozulması olub iflic və əlilliklə nəticələnir. İnsan insult olduqdan sonra yataqda düşünür ki, gərək əvvəldən bunun qarşısını alardım. Amma necə?

Sizə istinadla insultdan qorunmağın efektiv yolları barədə araşdırmanı təqdim edir.

 

1.30 yaşından sonra təzyiqi nəzarətə alın

Əgər yüksək təzyiq varsa, səbəbini araşdırın, müalicə alın. Həftədə azı 3-5 dəfə müxtəlif vaxtlarda təzyiqini ölç.

Əgər baba, nənə, ata-ananızda hipertoniya xəstəliyi olubsa, yəni təzyiq 160 və yuxarı qalxıbsa, yüksək təzyiqdən insult, infarkt, ölüm faktı olubsa, siz risk qrupundasız. Bu barədə həkiminizə deyin və mütləq vaxtında müalicə alın.

2. Özünüzü və yaşlı valideynlərinizi stresdən qoruyun

Adətən tərk edilmiş, uşaqları öz işi, ailəsi ilə məşğul olan ata-analar təklikdən depressiyaya düşür, daim gərgin olur, öləcəyini düşünür, vaxtında həkimə getmir, nəzarətsiz qalır. Stress, depressiya ürək-damar sistemini insulta yaxınlaşdıran səbəbdir.

Validyenlərinizin səhhəti ilə heç olmasa ildə 2 dəfə ciddi maraqlanın. Həkimə aparın, xəbərdar olun, dərmanlarını alın və çalışın onların həyatını stresdən uzaq, maraqlı edəsiz. Eləcə də özünüz hər boş səbəblərdən əsəbləşməyəsiz. Əgər nevroz, əsəb varsa, mütləq nevroloq və psixoloqla bunu cavan ikən həll edin.

3. Tromb yaranmasına imkan verməyin

Bunun qarşısını alan ən məşhur preparat aspirindir. 45 yaşından sonra qanı qatı olan, ürək-damar, təzyiq problemləri olanlara təyin olunur.

Siqaret çəkənlər, az hərəkət edənlər, qanda xolesterini yüksək olanlar, artıq çəkisi olanlar tromba yaxındır.

1-2 ildən bir müəyyən əsas damarlarda tromb olub-olmamasını doplleroqrafiya müayinəsinin köməyi ilə yoxlaya bilərsiz. Tromba qarşı prosedur və digər dərmanlar da var ki, onları həkim təyin edir.

4. Qanda pis xolesterini azaldın

Qanda xolesterin analizi çox vacibdir. Yüksək dərəcədə (200 mq/dl çox olduqda) xolesterin insult riskini artırır. Onu salmaq üçün dərmanlar və xüsusi pəhriz var.

5. Qəbul etdiyiniz dərmanlara fikir verin

Şəkərli diabet, artrit, zob və s. xəstəliklərdə müxtəlif dərmanlar qəbul edənlərdə yanaşı təsir olaraq tromb, ürək-damar pozulmaları, insult ola bilir. Eləcə də çox ağrıkəsici qəbul edənlərdə. Mütləq ildə 1-2 dəfə müalicə həkimi ilə lazım olmayan dərmanları çıxarın, ürək-damar problemi varsa alternativ sxem seçin.

6. Artıq çəkini atın, dieta saxlayın

45 yaşdan sonra artıq çəki sizə heç bir xeyir verməyəcək. Bu ürəyin yükünü artırır. Ona görə fiziki aktivliyi artırıb, tərəvəz, meyvə, göyərti, yağsız ət, qatıq, balıqdan ibarət sağlam dietaya keçin. Sutkalıq kalorini aşmayın.

7. İnsult birdən gəlmir, əvvəl siqnallar göndərir

Hər 3 insult xəstədən biri əvvəlcə işemik ataklar - mini-insult keçirib. Ondan sonra kəskin insult olub.

İnsultun birinci əlamətləri bunlardır:

- Üz, əl-ayaqda bir tərəfli uyuşma, zəiflik, hissiyatın itməsi, arada səyrimə və səntirləmə

- Nitqdə dəyişiklik, yubanma, tələffüzün aydın olmaması

- Qəfil başgicəllənmələr, görmədə problem

Bu əlamətlər artıq beyni və ürəyi yoxlatmağın təcili olmasına işarədir. 

Milli.Az


Etiketlər:  30 yaşdan sonra insultdan qorunmaq üçün etməli 7 MƏSLƏHƏT


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ