Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Iyul 2021 07:32
"Qarabağ"ın Avropa Konfrans Liqasının 3-cü təsnifat mərhələsindəki rəqibi müəyyənləşib. Sonxeber.net matc.az-a istinadən bildirir ki, Ağdam təmsilçisi növbəti mərhələdə Kiprin AEL komandası ilə üz-üzə gələcək.
Limassol şəhərini təmsil edən bu komanda Avropa Konfrans Liqasının 2-ci təsnifat mərhələsində "Vlajniya"nı (Albaniya) üstələyib. Kipr klubu bu rəqibinə həm səfərdə, həm də öz meydanında eyni hesabla qalib gəlib - 1:0.
"Qarabağ"ın AEL ilə ilk oyunu avqustun 5-də Limassolda, cavab qarşılaşması isə avqustun 12-də Bakıda baş tutacaq.
Qeyd edək ki, Qurban Qurbanovun çalışdırdığı komanda Konfrans Liqasının 2-ci təsnifat mərhələsində "Aşdod"u mübarizədən kənarlaşdırıb - 0:0, 1:0.