Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Iyul 2021 23:18
Belinizdə ağrılar təkcə radikulit, ostexondrozdan olmaya bilər. Bir çox vitamin, mineral defisiti də ağrılara səbəb olan. Sümüklərin kövrəkləşməsi, oynaqların dağılması da elə vitamin və mineral çatışmazlığından başlayır.
Sonxeber.net beli, onurğası ağrıyanlarda hansı vitaminlərin çatışmadığını araşdırıb.
B 12 vitamini defisitində də belə ağrılar olur.
B12-nin toplandığı yer böyrəklər, ağciyərlər, dalaqdır. Maksimal dozası isə qaraciyərdə olur. Uşaq və böyüklərdə B 12 çatışmırsa, onlarda mütləq anemiya və immunitet zəifliyi olur.
Bu vitamin bütün sinir əsəb sisteminin normal işi üçün lazımdır. Əgər defisit olsa, beyin və sinir sistemində neyronlarda degenerativ dəyişiklər baş verir.
İnsan yaşlaşdıqca qidadan B 12nin mənimsənilməsi və ehtiyatı azalır. Ona görə yaşlı insanların xarakteri korlanır, daha əsəbi olur. Eləcə də bu vitamin defisiti insult və infarkt riskini artırır.
Depressiya, yaddaş zəiflliyi, gərginlik, bədəndə qarışqa gəzməsi hissi, gəzərkən səntirləmək, ayaqlarda yorğunluq, barmaqlara uyuşma, bədəndə, beldə ağrılar - bunlar B 12 defisitində rast gəlinən adi simptomlardır.
Əgər bu əlamətlər varsa, B 12 analizi verib, mütləq əlavə B 12 vitamini qəbul edilməlidir.
Əsas ərzaqlar: bütün növ ət, ət məhsulları, qaraciyər, yumurta, balıq, süd, pendirdədir
Meyvə, tərəvəzdə B 12 yoxdur.
Ona görə ət və süddən imtina edənlərdə mütləq bu defisit olur.
Ümumi qan analizində B 12 çatışmazlığı hemoqlobin, eritrositlərin sayında və rəng göstəricisində özünü göstərir.
D vitamini, kalsium, maqnezium, K2
Bu vitamin və minerallar birbaşa dayaq-hərəkət aparatı, sümüklər, onurğa, damarlar, sinirlərə cavabdehdir. D vitamini azdırsa sümüklərdə kalsium da azdır. Osteoporoz bel onurğasını zəiflədir. çanaq sümük və oynaqları kövrəlir. bu zaman sinirlər sıxılır və beyinə ağrı siqnalları gedir. Eləcə də müxtəıif nevroloji sinir ağrılarının da bir səbəbi maqneziumun defisitidir.
C vitamini və cavabdehdir
Sübut olunub ki, C vitamini müasir insanlarda kəskin azdır. O vitamin hər gün bədəndən yuyuılub gedir.
C vitamini az olan insanların çanağı. budu, oynaqları ağrıyır. dərialtına xırda kapilyarlar qansızma verir, bədən və ayaqlar ağrıyır. Cavan adam olsa da yerişi sanki ahıl adam kimi ağır olur. /medicina.az