Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Qarabağ'' Çempionlar Liqasında mübarizəni dayandırdı

''Qarabağ'' Çempionlar Liqasında mübarizəni dayandırdı

Tarix: 13 Avqust 2019 22:24

Bu gün Çempionlar Liqasında 3-cü təsnifat mərhələsinə yekun vurulacaq.

Qol.az xəbər verir ki, təmsilçimiz “Qarabağ” da mərhələnin cavab oyununa çıxıb. Qurban Qurbanovun komandası Bakıda APOEL-i qəbul edir.

Kiprdə keçirilən ilk görüşdə 2:1 hesablı qələbə qazanan Ağdam təsmilçisi pley-offa vəsiqə üçün yaxşı şans əldə edib.

Qeyd edək ki, “Qarabağ” mərhələni keçsə, pley-offda PAOK – “Ayaks” cütünün qalibi ilə qarşılaşacaq. “Atlılar” APOEL-i mübarizədən kənarlaşıdırsa, pley-offa yüksəlməklə yanaşı, ən azı Avropa Liqasının qrup mərhələsinə vəsiqəni də təmin edəcək. Mərhələni APOEL-in keçəcəyi təqdirdə isə “Qarabağ” mübarizəni Avroliqanın pley-offunda davam etdirəcək.


13 avqust

Çempionlar Liqası

3-cü təsnifat mərhələsinin cavab oyunu
 
20:30. "Qarabağ" (Azərbaycan) – APOEL (Kipr) - 0:2
Qol:
De Vinsente, 34-pen. Uroş Matiç, 68
Qırmızı vərəqə: Almeyda, 90+4
Hakimlər: Daniel Sibert, Yan Seydel, Lasse Koslovski, Martin Petersen (Almaniya).
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.
İlk oyun - 2:1.
 


Etiketlər:  Qarabağ Çempionlar Liqasında mübarizəni dayandırdı


RƏYLƏR