Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Avqust 2021 16:38
Kaliforniya ştatının keçmiş qubernatoru, dünya şöhrətli aktyor Arnold Şvartsenegger 74 yaşı münasibəti ilə yaxşılıq təbliğatı ilə məşğul olmaq qərarına gəlib.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, bu barədə "Rakurs" xəbər yayıb.
Bildirilir ki, o, oxucularına qəribə bir məktub yollayaraq, onlardan xeyirxah işlər görməsini istəyib. Şvartsenegger bunu ən yaxşı ad günü hədiyyəsi adlandırıb.
"Ayda bir dəfə, "mən" deyil "biz" deyə düşünün. Bu, hər şey ola bilər - qonşunuzla əlaqə saxlayın və bir şeyə ehtiyac olacağı təqdirdə yanında olduğunuzu söyləyin; dərsdənkənar proqram üçün könüllülüyə yazılın; uşaqlara yaxşı başa düşdüyünüz bir mövzunu mənimsəməsinə kömək edin; alış-verişdə kiməsə kömək edin; birinə şahmat oynamağı öyrədin; parkda və ya sahildə zibil toplayın; çətin vaxtda dostunuza dəstək olun; və ya kimsə peyvənd məntəqəsinə gedə bilmirsə, ona yardım edin...", - deyə Şvartsenegger məktubunda yazıb.
Aktyor ayrıca qeyd edib ki, bir işlə kifayətlənmək lazım deyil, bununla belə bir iş - yaxşı başlanğıcdır.
Şvartsenegger belə bir hədiyyə üçün həqiqətən minnətdar olacağını və ona yaxşı əməlləri haqqında yazan ilk 10 insana "Zoom" vasitəsi ilə şəxsən təşəkkür edəcəyini deyib.