Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Avqust 2021 20:27
Son zamanlar saytımıza böyrək kistləri ilə bağlı narahatlıq doğuran suallar göndərilir. Çox insanlarda təsadüfən USM müayinəsi zamanı böyrəyində kist taplır və insan qorxuya düşür. Kist nədir, şişdir? Xərçəngə çevriləcək? Əməliyyat etdirim?
Sonxeber.net xəbər verir ki, rusiyalı androloq, baş həkim Mixail Koryakin böyrəkdəki kistlərin təhlükəli olub-olmamasını açıqlayıb.
"Hazırda sanki dünyada böyrək kistləri epidemiyası yaşanır. Çünki insanlar tez-tez USM etdirir, yoxlanır və budur böyrəkdə kist tapıldı. Böyrəkdə kistlər qədimdən geniş yayılmış haldır. Əvvəllər insanlar bunu bilmədən qocalana kimi yaşayırdılar. Pasiyent kisti hiss etmir, çünki kist ona heç bir problem yaratmır, səhhətinə təsir etmir.
Əgər kistin ölçüsü 5-7 sm-i keçmirsə, onlar zamanla böyümürsə və ya illər ərzində çox cüzi böyüyürsə, onları müalicə etməyə və müdaxiləyə gərək yoxdur.
Kisti olan sadəcə ildə bir dəfə USM-dən keçməlidir.
Əgər kist heç bir problem yaratmırsa, onları əməliyyat da etmirlər.
Müalicə isə ancaq kistlər böyük olanda və böyrəklərin işində problem yaradanda hər xəstəyə uyğun yazılır.
Ona görə də böyrəyində kist var deyən kimi panikaya düşməyin. Təşvişdən bəzi xəstələrin böyrəyi də sancır, ağrıyır, onlar özlərindən simptomlar uydururlar. Halbuki kistin olduğunu bilməsələr, heç nə hiss etməzlər". /medicina.az