Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Rafiq Hüseynov və Elis Manolova Olimpiadada çıxış edib

Rafiq Hüseynov və Elis Manolova Olimpiadada çıxış edib

Tarix: 2 Avqust 2021 08:42

08:42

Tokio Olimpiadasında güləş yarışları davam edir.

Azərbaycan Güləş Federasiyasından Milli.Az-a verilən məlumata görə, bu gün yunan-Roma güləşində 77 və 97, qadın güləşində isə 68 kq-da mübarizəyə start verilib.

Rafiq Hüseynov (77 kq) ilk görüşdə isveçli Aleks Kessidislə qarşılaşıb. İki dünya ikincisinin mübarizəsindən həmyerlimiz qalib ayrılıb. 1:1 hesabıyla yekunlaşan görüşdə güləşçimiz sonuncu xal prinsipinə əsasən 1/4 finala yüksəlib. Bu mərhələdə Rafiqin rəqibi qırğızıstanlı Akjol Mahmudov olub. Qarşılaşma Hüseynovun məğlubiyyəti ilə yekunlaşıb.

Elis Manolova (68 kq) 1/8 finalda nigeriyalı Blessinq Oborududu ilə üz-üzə gəlib və rəqibinə məğlub olub.

---------

08:10

Tokio Olimpiadasında güləş yarışları davam edir.

Azərbaycan Güləş Federasiyasından Milli.Az-a verilən məlumata görə, bu gün yunan-Roma güləşində 77 və 97, qadın güləşində isə 68 kq-da mübarizəyə start verilib.

Rafiq Hüseynov (77 kq) ilk görüşdə isveçli Aleks Kessidislə qarşılaşıb. İki dünya ikincisinin mübarizəsindən həmyerlimiz qalib ayrılıb. 1:1 hesabıyla yekunlaşan görüşdə güləşçimiz sonuncu xal prinsipinə əsasən 1/4 finala yüksəlib. Bu mərhələdə Rafiqin rəqibi qırğızıstanlı Akjol Mahmudov olacaq.

Elis Manolova (68 kq) 1/8 finalda nigeriyalı Blessinq Oborududu ilə üz-üzə gəlib və rəqibinə məğlub olub.

---------

07:49

Tokio Olimpiadasında güləş yarışları davam edir.

Azərbaycan Güləş Federasiyasından Milli.Az-a verilən məlumata görə, bu gün yunan-Roma güləşində 77 və 97, qadın güləşində isə 68 kq-da mübarizəyə start verilib.

Rafiq Hüseynov (77 kq) ilk görüşdə isveçli Aleks Kessidislə qarşılaşacaq.

Elis Manolova (68 kq) 1/8 finalda nigeriyalı Blessinq Oborududu ilə üz-üzə gələcək.

Milli.Az


Etiketlər:  Rafiq Hüseynov Elis Manolova Olimpiadada çıxış edib


RƏYLƏR