Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bakıda uşaqlar böyüklərə yardım etdilər - FOTO

Bakıda uşaqlar böyüklərə yardım etdilər - FOTO

Tarix: 2 Avqust 2021 10:04

"Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyi dünən Park Bulvarda təşkilatının nəzdində fəaliyyət göstərən  Qadın və uşaq sığınacağının uşaq sakinlərinin hazırladığı rəsm  sərgisini təşkil edib.

Sərgi 30 iyul İnsan alveri ilə beynəxlalq mübarizə gününə həsr edilmşdi. Sərginin məqsədi "Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair 2020─2024-cü illər üçün Milli Fəaliyyət Planı"nın 4.8. İnsan alverinə qarşı mübarizə ilə bağlı maarifləndirmə bəndinə uyğun olaraq əhalinin geniş kütləsinin maarifləndirməsi və 4. 1.10 bəndində qeyd edildiyi kimi "İnsan alverindən zərər çəkmiş şəxslərə kompensasiya ödənilməsi institutunun təkmilləşdirilməsi, habelə İnsan alveri qurbanlarına kömək Fondunun fəaliyyətinin səmərəliliyinin artırılması ilə əlaqədar " toplanan vəsaitini İnsan alveri qurbanların Kömək Fonduna köçürülməsi və insan alveri qurbanlarına dəstək məqsədi daşıyırdı.

Həyata keçirilən tədbir nəticəsində "Təmiz Dünya" Qadınlara  Yardım İctiami Biliyinin uşaq rəsmləri sərgisinin satışından toplanan vəsit 847 (səkkiz yüz qırx yeddi) AZN məbləğ təşkil edib.

Təşkilat toplanmış vəsaiti DİN-in İnsan alveri qurbanlarınna Kömək Fondunun hesabına köçürüb.


Etiketlər:  Bakıda uşaqlar böyüklərə yardım etdilər FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ