Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Avqust 2019 11:52
"Bney Yehuda"nın üç futbolçusu Avropa Liqasının 3-cü təsnifat mərhələsində "Neftçi" ilə cavab oyununu buraxa bilər.
Qol.az-ın İsrail klubunun saytına istinadən yaydığı xəbərə görə, müdafiəçi İtzik Azuz və yarımmüdafiəçiçilər Amit Zenati, Eithan Velblum zədəlidir. Onların Bakı təmsilçisinin qarşı oynayıb-oynamayacağının hələlik məlum olmadığı bildirilib. Sözügedən üç futbolçu ilə bağlı yekun qərarın oyun günü veriləcəyi gözlənilir.
Qeyd edək ki, "Bney-Yehuda" - "Neftçi" görüşü avqustun 15-i Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. Bu komandalar arasında ilk matç 2:2 hesabı ilə başa çatıb