Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Avqust 2021 12:30
"Hadisə baş verib və fakt ortadadır. Deputat polisə deyib, sən fəxr et ki, səni Milli Məclisin üzvü döyüb".
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, bunu parlamentin İntizam Komissiyasının sədr müavini, deputat Fəzail Ağamalı Milli Məclisin bu gün keçirilən növbədənkənar iclasında deyib.
O bildirib ki, emosional çıxışlara ehtiyac yoxdur: "Bizə belə bir millət vəkili lazım deyil. Belə olan halda biz nədən danışa bilərik? Ona acımaq və təəssüf etmək olar. Amma törətmiş olduğu cinayətlə barışmaq olmaz".