Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Rusiyalı bloqer paylaşımı silib türk xalqından üzr istədi - FOTO

Rusiyalı bloqer paylaşımı silib türk xalqından üzr istədi - FOTO

Tarix: 3 Avqust 2021 16:52

Rusiyalı bloger İrina Vaymerin sosial şəbəkə hesabındakı paylaşımı tənqidlərə tuş gəlib.

Sonxeber.net big.az-a istinadən xəbər verir ki, o Türkiyədə istirahət etdiyi məkanda yanğın görüntülərinin fonunda şəkil çəkdirərək izləyiciləri ilə bölüşüb.

İrina fotolara "Yanan putyovka ilə 22 yaşımı qeyd edirəm. Ad günüm mübarək" şərhini yazaraq qardaş ölkədə baş verən yanğınları məsxərəyə qoyub.

Onun bu paylaşımı sosial şəbəkə istifadəçilərinin qəzəbinə səbəb olub.

Çoxsaylı şikayətlərdən sonra Vaymer yazdığı statusu silib və türk xalqından üzr istəyib.


Etiketlər:  Rusiyalı bloqer paylaşımı silib türk xalqından üzr istədi FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ