Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Avqust 2021 21:44
Hikmət Həsənov Azərbaycan Ali Hərbi Məktəbinin rəhbəri general-leytinant Heydər Piriyevə müavin təyin edilib.
General Hikmət Həsənov Ali Hərbi Məktəbinin rəhbəri general-leytinant Heydər Piriyevin müavini vəzifəsinə təyinat alıb.
Müdafiə naziri general - polkovnik Zakir Həsənovun əmri ilə general Hikmət Həsənov bundan əvvəl tutduğu vəzifəsindən azad olunub.
Qeyd edək ki, 2014-cü ilin iyun ayında Heydər Kamal oğlu Piriyevə Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə növbəti general-leytenant ali hərbi rütbəsi verilmiş və o, Azərbaycan Respublikası Silahlı Qüvvələrin Hərbi Akademiyasının rəisi təyin edilmişdir. Hazırda General-leytenant Heydər Kamal oğlu Piriyev həmin vəzifədə xidmət edir.
Həmçinin onu da qeyd edək ki, general Hikmət Həsənovun vəzifədən azad olunması xəbərini ilk manset.az saytı dərc etmişdi.