Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Alimlər uzunömürlüyün 3 sirrini AÇIQLADI

Alimlər uzunömürlüyün 3 sirrini AÇIQLADI

Tarix: 3 Avqust 2021 23:48

Bu sirlərin köməyilə ahıl yaşa kimi sağlam yaşamaq olar.

Sonxeber.net medicina.az-a istinadən bildirir ki, rusiyalı herontoloq, EA-nın üzvü Aleksey Moskalev 3 sirrin aşağıdakılardan ibarət olduğunu açıqlayıb.

Birincisi - bu qidalanmadır. Həkim rasiondan yüngül karbohidratları çıxarmağı tövsiyə edir: şirniyyat, un məmulatları, qənd, şəkər, təmiz süd, ağ düyü, qızarmış. Həftədə 2 dəfə balıq və dəniz məhsulları yeməlisiz.
İkinci sirr- piyada gəzmək, fiziki aktivlik.

Gündə 30 dəqiqə gəzmək və yüngül aerobika hərəkətləri bədəni oksigenlə təmin edir.

Üçüncü - mental sağlamlıq, yəni ruhi-mənəvi. Bunu isə musiqi, kino, kitablar, yoqa, təbiət, meditasiyalarla, eləcə də hər gün 8 saatlıq yuxu ilə əldə etmək olar.


Etiketlər:  Alimlər uzunömürlüyün sirrini AÇIQLADI


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ