Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Aprel 2019 13:52
“Rəqiblərimizi nəzərə alsaq, mövsümün sonuna bir neçə tur qalmış çempion olmaq çətindir”.
Qol.az xəbər verir ki, bu sözləri “Barselona”nın baş məşqçisi Ernesto Valverde İspaniya La Liqasının 35-ci turunda “Levante”yə qalib gələrək (1:0) çempionluğu təmin etdikləri oyundan sonra mətbuat konfransında deyib.
O, bundan sonra bütün diqqəti Çempionlar Liqasına yönəldəcəklərini bildirib: "Sonda lazım olan qolu vurduq. Bilirdik ki, Messi həmişə vacib anda qol vurur. Ardıcıl ikinci ildir çempion oluruq. Azarkeşlərimizin üzündəki sevinci görməkdən qürur duyuruq. Nəticəmizdən məmnunuq. Ancaq bizi Çempionlar Liqasında da gərgin mübarizə gözləyir. Orada da hədəfə çatmalıyıq".
İspaniyalı mütəxəssis qələbə qolunun müəllifi Messini meydana ikinci hissədə daxil etməsinə də aydınlıq gətirib: "Messinin 45 dəqiqə oynaması lazım idi. Çərşənbə günü “Liverpul”la vacib oyunumuz var. Kapitanımız bu vacib matça hazır olmalıdır".