Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Barselona” və “Real”ın qazancı dəqiqləşdi - əməkdaşlıqdan

“Barselona” və “Real”ın qazancı dəqiqləşdi - əməkdaşlıqdan

Tarix: 4 Avqust 2021 18:54

İspaniya La Liqası ilə CVC investisiya fondu arasında əməkdaşlığın nəhəng klublara gətirəcəyi qazanc bəlli olub.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, La Liqa payının 10 faizini 2,7 milyard avroya satıb.

Bu vəsaitin 90 faizi komandalar arasında bölüşdürüləcək. "Barselona" daha çox - 270 milyon avro qazanacaq. "Real"a isə 261 milyon avro çatacaq. 

Qeyd edək ki, vəsait son 7 ildə teleyayımdan gələn qazanc və klubların idman nəticələri nəzərə alınaraq bölünüb.

Milli.Az


Etiketlər:  Barselona Realın qazancı dəqiqləşdi əməkdaşlıqdan


RƏYLƏR