Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Konfrans Liqası: “Qarabağ” səfərdə AEL-lə oynayacaq

Konfrans Liqası: “Qarabağ” səfərdə AEL-lə oynayacaq

Tarix: 5 Avqust 2021 08:40

"Qarabağ" bu gün avrokuboklarda növbəti oyununu keçirəcək.

Milli.Az apasport.az-a istinadən bildirir ki, Azərbaycan Premyer Liqasının vitse-çempionu III təsnifat mərhələsində ilk matçına çıxacaq.

Qurban Qurbanovun yetirmələri Kiprdə AEL-in qonağı olacaq. Ağdam təmsilçisi qrup mərhələsinə doğru daha bir addım atmaq üçün səfərdən sərfəli nəticə ilə dönməlidir.

Cari mövsüm avrokuboklarda qol buraxmayan "Qarabağ" quru seriyasını Limassolda da davam etdirməyə köklənib. Müdafiə xəttində ciddi problemləri olan ağdamlılar cavab görüşünü bir həftə sonra Bakıda keçirəcək.

Qeyd edək ki, bu cütün qalibi pley-offda "Breydablik" (İslandiya) - "Aberdin" (Şotlandiya) duelinin güclüsü ilə qarşılşacaq.

Konfrans Liqası
III təsnifat mərhələsi, ilk oyun
5 avqust

21:00. AEL (Kipr) - "Qarabağ" (Azərbaycan)
Baş hakim: Qlenn Niberq (İsveç)
Limassol. "AEK Arena"

Milli.Az


Etiketlər:  Konfrans Liqası Qarabağ səfərdə AEL oynayacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ