Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Avqust 2021 11:06
"Ermənistan öz təcavüzkar həqarət və hərəkətlərindən əl çəkməlidir".
Sonxeber.net türk mediasına istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə keçirilən Milli Təhlükəsizlik Şurasının iclasından sonra yayımlanan bəyanatda deyilir.
Qeyd edilib ki, rəsmi İrəvan Cənubi Qafqazda uzun müddət sonra ortaya çıxan sülh və sabitlik fürsətini dəyərləndirməlidir:
"Ermənistan rəhbərliyi öhdəliklərinə sadiq qalaraq, region ölkələri ilə əməkdaşlığı inkişaf etdirməlidir".