Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Aquero “Barselona”dan getmək istəyir

Aquero “Barselona”dan getmək istəyir

Tarix: 7 Avqust 2021 09:08

Bu yay "Mançester Siti" ilə müqaviləsi bitdikdən sonra "Barselona"ya keçən hücumçu Serxio Aquero Messinin gedişindən sonra klubu tərk etmək fikrinə düşüb.

Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, bu barədə "Beteve" kanalının "La Porteria" verilişində xəbər verilir.

33 yaşlı argentinalı hüquqşünasları ilə birlikdə katalon klubu ilə müqaviləsinin şərtlərini yenidən nəzərdən keçirir.

Aqueronın ona Messi ilə birlikdə oynamağı söz vermiş "Barselona"ya qəzəbləndiyi bildirilir. Hücumçu komandada onun perspektivlərinin heç də ürəkaçan olmadığını düşünür.


Etiketlər:  Aquero Barselonadan getmək istəyir


RƏYLƏR