Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Avqust 2021 19:21
Koronavirusa qarşı "Pfizer" və "Moderna" peyvəndlərinin istehsalçıları vaksinin bir dozasının qiymətini artırıblar.
Bu barədə "Financial Times" məlumat yayıb.
Bildirilib ki, qiymət artımı yalnız Avropa İttifaqı ölkələrinə şamil olunub.
Belə ki, nəşrin redaksiyası Aİ ilə vaksin istehsalçıları arasındakı yeni müqavilələrin nüsxəsini əldə edib. Sənədlərdə "Pfizer"in qiyməti 15,5 deyil, 19.5 avro, "Moderna"nın dəyəri isə 22.6, deyil, 25.5 dollar kimi qeyd olunub.
Aİ məsələ ilə bağlı açıqlama verməkdən imtina edib.