Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Toylarda qaydaları pozan 2 nəfərə cinayət işi açılıb, 203 nəfər cərimələnib

Toylarda qaydaları pozan 2 nəfərə cinayət işi açılıb, 203 nəfər cərimələnib

Tarix: 9 Avqust 2021 10:48

7 və 8 avqust tarixlərində Daxili İşlər Nazirliyinin, Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 653 toy şənliyinin monitorinqini həyata keçirib.

DİN-in mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, monitorinq 495 şadlıq sarayında, 158 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib.

Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə:

- 2 nəfər barəsində Cinayət Məcəlləsinin 139-1.1-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanılıb;

- 203 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub;

- 5395 nəfər "COVID-19" pasportu olmadığına görə şənliyə buraxılmayıb.

Milli.Az


Etiketlər:  Toylarda qaydaları pozan 2 nəfərə cinayət işi açılıb 203 nəfər cərimələnib


RƏYLƏR