Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Müəllim olmaq istəyənlər üçün müsahibə mərhələsi bu tarixdə başlayacaq

Müəllim olmaq istəyənlər üçün müsahibə mərhələsi bu tarixdə başlayacaq

Tarix: 10 Avqust 2021 17:26

Avqustun 18-dən etibarən müəllimlərin işə qəbulu üzrə müsabiqənin vakansiya seçimi mərhələsində uğur qazanmış namizədlər üçün müsahibə mərhələsi həyata keçiriləcək.

Təhsil Nazirliyindən Sonxeber.net-a verilən məlumata görə, müsahibə mərhələsinin keçiriləcəyi tarix və məkan barədə məlumat namizədlərin şəxsi səhifələrinə göndəriləcək.

Eyni zamanda müsahibə mərhələsində iştirak edəcək namizədlər üçün Azərbaycan və rus bölməsi üzrə müsahibə mövzuları hazırlanıb. Namizədlər miq.edu.az saytına daxil olaraq hər iki bölmə üzrə müsahibə mövzuları ilə tanış ola bilərlər.

Qeyd edək ki, müsahibə zamanı namizədlərin peşəkar kompetensiyaları, psixoloji hazırlığı və ümumi dünyagörüşü müsahibə proqramına uyğun olaraq müvafiq komissiya tərəfindən yoxlanılacaq.


Etiketlər:  Müəllim olmaq istəyənlər üçün müsahibə mərhələsi tarixdə başlayacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ