Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Dünya koronavirusun daha ölümcül ştammı ilə üz-üzədir: Dəhşətli “Yota” ştammı gəlir

Dünya koronavirusun daha ölümcül ştammı ilə üz-üzədir: Dəhşətli “Yota” ştammı gəlir

Tarix: 11 Avqust 2021 11:16

Amerikalı alimlər koronavirusun yeni "Yota" ştammı (B.1.526) barədə araşdırma aparıb.

Sonxeber.net "Qafqazinfo"ya istinadən xəbər verir ki, araşdırmanın nəticələri "medrxiv.org" portalında dərc olunub. Məlumata əsasən, bu ştammın letallıq dərəcəsi 80%-dən çox ola bilər. 

Alimlər araşdırma zamanı 2020-ci ilin noyabrından 2021-ci ilin aprel ayı ərzində Nyu-Yorkun tibb müəssisələrində əldə edilmiş epidemioloji məlumatları təhlil edib. Belə aydın olub ki, koronavirus B.1.526 ştammı ilə digər variantlarla müqayisədə 15-25% daha sürətlə ötürülür. 

Bununla yanaşı, "Yota" ştammı yoluxmuş şəxsin yaşından asılı olaraq infeksiyadan ölüm nisbətini orta hesabla yarım dəfə artıra bilir. 

Qeyd edək ki, "Yota" ştammı ilk dəfə 2020-ci ilin noyabr ayında Nyu-Yorkda aşkar edilib. Daha sonra B.1.526 ştammı Amerikanın bütün ştatlarında və dünyanın 27 ölkəsində aşkarlanıb.


Etiketlər:  Dünya koronavirusun daha ölümcül ştammı ilə üzədir Dəhşətli Yota ştammı gəlir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ