Azərbaycan Premyer Liqasında 2019/2020 mövsümünə avqustun 16-da start veriləcək.
Qol.az PFL-in saytına istinadən xəbər verir ki, 8 komanda 28-ci ölkə çempionatının mükafatları uğrunda mübarizəyə başlayacaq. İndiyədək keçirilən 27 yarışda 1422 futbolçu qol vurmağı bacarıb.
28-ci çempionat ərəfəsində 28 ən yaxşı bombardiri təqdim edirik. Bura 60-dan çox qol vuranlar düşə bilib. Ən məhsuldar futbolçular cədvəlinə Nazim Əliyev başçılıq edir. O, 183 dəfə fərqlənib. Müşfiq Hüseynov 125, Rövşən Əhmədov 116 dəfə rəqib qapısına yol tapıb.
Qeyd edək ki, yalnız 10 futbolçu 100 qol səddini adlayıb.