Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Avqust 2021 13:50
İrandan Rusiya sülhməramlılarının nəzarətində olan Azərbaycan ərazilərinə qanunsuz yükdaşımalarla bağlı xəbər vermişdik. Hətta Azərbaycan Xarici İşlər Nazirliyi avqust ayının 11-də buna görə İran İslam Respublikasının ölkəmizdəki səfirini nazirliyə dəvət edib və yük avtomobillərinin Qarabağa qanunsuz səfər etməsi ilə bağlı aşkar edilmiş arzuolunmaz faktlarla bağlı qarşı tərəfə nota təqdim edilib.
Sonxeber.net avtosfer.az-a istinadən xəbər verir ki, İrandan Qarabağa Qafan-Gorus avtomobil yolu ilə qanunsuz yükün daşınması halı Ermənistanda fəaliyyət göstərən "5TV" kanalı tərəfindən də sübuta yetirilib. Belə ki, televiziya kanalı guya azərbaycanlıların həmin yoldan istifadə edən yük avtomobillərini daşa tutması ilə bağlı reportaj hazırlayıb.
Reportaj zamanı regionun erməni sakinlərindən biri İran vətəndaşı, azərbaycanlı sürücüdən hadisə barədə xəbər alarkən, ona sualları Azərbaycan dilində verib və elə sürücünün də yerinə cavab verərək, daşın Azərbaycan tərəfindən gəldiyini iddia edib.
Sözügedən reportajı təqdim edirik: