Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

UNEC-ə yeni prorektorlar təyin edildi

UNEC-ə yeni prorektorlar təyin edildi

Tarix: 12 Avqust 2021 17:14

Azərbaycan Dövlət İqtisad Universitetinə yeni prorektorlar təyin edilib.

Milli.Az bildirir ki, bu barədə Universitetin rektoru Ədalət Muradov bildirib. Rektor qeyd edib ki, Gəray Musayev və Raqif Qasımov UNEC-in yeni prorektorları təyin olunub:

"Bu gün UNEC-də yeni prorektorların təyanatı ilə bağlı əmr imzaladım. Maliyyə və mühasibat fakültəsinin dekanı dosent Gəray Musayevi Tədris və təlim texnologiyaları üzrə,Təhsilin keyfiyyətinin qiymətləndirilməsi və idarə edilməsi mərkəzinin direktoru dosent Raqif Qasımovu isə Rəqəmsallaşma üzrə prorektor vəzifəsinə təyin etdim. İnanıram ki, hər biri UNEC-in qarşıya qoyduğu hədəflərə nail olmaq üçün layiqli töhfələr verəcək".

Milli.Az


Etiketlər:  UNEC ə yeni prorektorlar təyin edildi


RƏYLƏR