Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Pəhriz saxlayanların pul bibərdən istifadə etməsi faydalıdır

Pəhriz saxlayanların pul bibərdən istifadə etməsi faydalıdır

Tarix: 12 Avqust 2021 22:42

Süfrəmizin əvəzolunmaz ədviyyatlarından biri olan pul bibərdən xörəklərə acılıq və dad verilməsi üçün istifadə olunur. Acı bibər, həmçinin vacib qida maddələrini özündə birləşdirir.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, istiotun vətəni Meksika və Qvatemaladır. Onun qurudulmuş növündən ədviyyatlar da hazırlanır. Pul bibər isə qırmızı Çili bibəri bitkisinin qurudulmuş formasından əldə olunur. Bu ədviyyat vitaminlər, minerallar və antioksidantlarla zəngindir. Pul bibərin xarakterik qırmızı rəngi onun tərkibində beta-karotin və A vitamininin çox olmasını göstərir. Tərkibindəki A və S vitaminləri xəstəliklərə və infeksiyalara qarşı immuniteti və orqanizmi gücləndirir.

Pul bibər pəhriz saxlayanlar üçün də faydalıdır. İştahakəsici təsirə malik olan bu ədviyyat bədəndəki piy toxumalarının parçalanma prosesini və metobolizmi sürətləndirir. Eyni zamanda, qanda şəkərin miqdarını və damarlara genişləndirici təsir edərək arterial təzyiqi azaldır. Tərkibindəki liyopen maddəsi hüceyrələri yeniləyir. Ancaq bu ədviyyatdan hər kəsin istifadə etməsi məsləhət görülmür. Yan təsirlərinə mədəd qıcıqlanam və narahatlıq, eyni zamanda tərləmə, üzün və bədənin hər hansı bir hissəsinin qızarması kimi hallar daxildir. Pul bibər allergik xüsusiyyətə malikdir. Hamiləlik və ya süd verən anaların həmin dövrdə pul bibər istehlakı tövsiyə olunmur, çünki bu zaman körpənin ana bətnində yanlış qidalanmasına və həmçinin ana südünün acı olmasına səbəb olur.

Pul bibərdən mədə qastriti, xora, bağırsaq yaralarından əziyyət çəkən xəstələrin də istifadə etməsi məsləhət deyil. Bu zaman həmin yaraların dərinləşməsi kimi hallar müşahidə oluna bilər. Böyrək, qaraciyər xəstəliklərindən əziyyət çəkənlər də bu ədviyyatlardan istifadəni minimuma endirməlidirlər.


Etiketlər:  Pəhriz saxlayanların bibərdən istifadə etməsi faydalıdır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ