Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Avqust 2021 09:00
Karies- latıncadan çürümə deməkdir. Karies dişin tərkibinə daxil olan mineral maddələrin tükənməsi ilə başlayır,sonra isə dişin bərk toxuması dağılır və dişdə çuxur əmələ gəlir.
Inkişaf səbəbləri .
Mineral maddələrin azalması bakteriyaların təsiri altında olur. Gigiyenaya əməl etmədikdə dişin emalında yumşaq ərp əmələ gəlir. Bu ərp dişin səhti ilə möhkəm birləşir və müxtəlif bakeriyaların inkişafına zəmin yaradır.Bakteriyalar karbohidratları mənimsəyərək üzvi turşular ifraz edirlər. Turş mühit emalın tərkibinə daxil olan apatit kristallarının dağılmasına səbəb olur, bundan sonra mikroblar dişin digər qatlarına yayılır və onun parçalanmasına səbəb olurlar. Kariesin əmələ gəlməsində nəinki mikrobların , eyni zamanda irsiyyətin də böyük rolu vardır. Qidalanmanın çox böyük əhəmiyyəti vardır. Orqanizmə kifayət qədər zülalların, vitaminlərin, mineral duzların. florun digər mikroelementlərin daxil olması kariesin inkişafına səbəb olur. Çoxlu miqdar şirin məhsulun qəbulu bakteryiaların inkişafına şərait yaradır. Tüpürcəyin tərkibi və xüsusiyyətləri də mühüm rol oynayır. Müəyyən edilmişdir ki, kariesi olan insanların tüpürcəyi daha qatıdır və ondakı mineral duzların nisbəti dəyişkəndir.
Kariesin bir neçə mərhələsi ayırd edilir.
Ləkə mərhələsi : dişi müayyinə etdikdə dişin səhtində ağ və ya tünd ləkə aşkar olunur. Bu mərhələdə insanda heç bir narahattçılıq hiss olunmur. Səthi karies mərhələsi mexaniki və temperatur qıcıqlandırıcılarının təsiri altında qisa müddətli ağrılarla müşayiət olunur. Emal bir qədər yumşalır. Orta karies mərhələsində boşluq müəyyən edilir.
Dərin karies mərhələsində boşluq daha da böyüyür, ona toxunduqda ağrı verir.
Ağırlaşmaları
Əgər xəstəliyin əvvəlində həkimə müraciət olunmasa dişin dağılma prossesi artır, mikroblar dentindən pulpaya keçir və onu iltihabına- pulpitə səbəb olur. Onu da müalicə etmədikdə periodontitə keçir və nəticədə dişi itirmək mümkün olur.
Siz nə edə bilərsiniz
Kari esin ilkin əlamətləri meydana çıxan kimi stomatoloqa müraciət edin. Beləki karies dişin kənar tərəfində də meydana çıxa bilər.
Stomatoloq kariesin dərəcəsini müəyyən edəcək və müvafiq müalicə metodu seçəcək. Müalicə nə qədər tez başlansa bir o qədər yaxşıdır. Ləkə mərhələsində remineralizasiya aparmaq( xüsusi məhlul vasitəsi ilə )kifayətdir. Səthi , orta və dərin karies zamanı karioz boşluq xüsusi plomblama ilə işlənilməlidir. Daha dərin karies zamanı tərkibində kalsium hidro oksid olan dərman bezlərindən istifadə olunur ki, bu da dişin sinirini qoruyan 2- ci dentinin əmələ gəlməsinə səbəb olur .
Profilkatika.
Profilaktika ağız boşluğuna düzgün gigiyenik qulluqdan, düzgün qidalanmadan və müntəzəm olaraq stomatoloqa müraciət etməkdən ibarətdir. Ağız boşluğunda gigiyena gündə 2 dəfə ( səhər və axşam yeməyindən sonra ) 3-5 dəq dişlərin təmizlənməsi, sonra yaxalanmasında ibarətdir. Bundan əlavə ildə 2 dəfə stomatoloqa gedib dişləri peşəkarcasına təmizlətmək lazımdır.